Enrike: Barselona mənim evimdir

30.09.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Barselona” ilə matç barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, sözügedən görüşdən öncə keçirilən mətbuat konfransında deyib:

“Mən "Barselona"nı izləməyi sevirəm! Komandanın oyunundan zövq alıram. Siz bilirsiniz ki, mən klubun üzvüyəm, azarkeşiyəm, "Barselona"nın oyunlarını izləyirəm.

"Barselona" mənim evimdir. 8 il futbolçu, 6 il isə əsas və gənclər komandasında məşqçi kimi orada çalışmışam”.

Qeyd edək ki, "Barselona" – PSJ matçı sabah, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью