futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Superkubokunu qazandıqları “Tottenhem”lə görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “RMC Sport”a danışan mütəxəssis titula layiq olmadıqlarını deyib:
“Düzü, bu kuboka layiq deyilik. “Tottenhem”lə aramızda məşq müddətində fərq var idi. Onlar 6 həftə, biz 6 gün məşq etmişik. Bu, böyük fərqir. Nəticədən razıyam, lakin ədalətli deyil”.
PSJ əsas vaxtı 2:2 hesabıyla bitən görüşdə penaltilər seriyasında rəqibini məğlub edib.