Enrike: “Çempionlar Liqasında heç kim belə müdafiə olunmayıb”

20.06.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

PSJ-nin baş məşqçisi Luis Enrike Klublararası Dünya Çempionatında “Botafoqo”ya məğlub olduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məyusuq. Çox gərgin oyun oldu. “Botafoqo” müdafiədə çox yaxşı çıxış etdi. Bu mövsüm Liqa 1 və Çempionlar Liqasında heç kim belə müdafiə olunmayıb. Bizə qarşı oynamaq rəqiblərə əlavə motivasiya verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью