Enrike Ferqyusona çatdı

13.08.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Enrike Ferqyusona çatdı

PSJ-nin baş məşqçisi Luis Enrike qazandığı avrokubokların sayına görə rekordçular siyahısında üçüncü pilləyə yüksəlib.

QOL.az xəbər verir ki, Paris klubu UEFA Superkuboku uğrunda matçda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib. Bununla da 56 yaşlı ispaniyalı mütəxəssis karyerasında 6-cı avrokubokunu qazanıb.

Luis Enrike 3 dəfə Çempionlar Liqasının, 3 dəfə isə UEFA Superkubokunun qalibi olub. O, bu titulları PSJ və “Barselona” ilə qazanıb.

6 avrokubokla Luis Enrike Aleks Ferqyuson və Covanni Trapattoni ilə eyni göstəriciyə çatıb. Onu yalnız Pep Qvardiola (7) və Karlo Ançelotti (10) qabaqlayır.

Qeyd edək ki, Luis Enrike iştirak etdiyi 6 Avropa finalının hamısında qalib gəlib və bununla da 5 finalın hamısını qazanan Zinəddin Zidanı geridə qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью