Enrike: “Futbolçularım tarix yazmaq istəyir”

31.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalında bu gün “İnter”ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini bölüşüb:

“Finala hazırıq. Çox yaxşı kollektivimiz var və meydanda ən yaxşısını etməyə çalışacağıq. “İnter” finallarda təcrübəli komandadır və italyanların necə müdafiə olunduğunu bilirik. Futbolçularım tarix yazmaq istəyir. Düşünürəm ki, çempionluğa layiqik. Bunun üçün əlimizdən gələni edəcəyik”.

PSJ – “İnter” oyunu saat 23:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью