Enrike: “Mənə qədər Çempionlar Liqası kuboku görmüşdünüz?!”

16.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Pari Sen-Jermen"in baş məşqçisi Luis Enrike Fransa çempionatının səviyyəsi və komandasının avrokuboklardakı çıxışı ilə bağlı ünvanlanan tənqidlərə kəskin cavab verib.

“Yeni Sabah” xəbər verir ki, ispaniyalı mütəxəssis Paris klubuna gəldiyi ilk günlərdən bəri formalaşan mənfi stereotipləri xatırladıb.

Enrike mətbuata bəyanatında tənqidçilərin yanaşmasını hədəf alıb: Sezar pizza

"PSG klubuna gələndə daim eşitdiyim bir şeyi deyim: Fransa Liqa 1-in səviyyəsi çox aşağı olduğu üçün PSG-nin Çempionlar Liqasını heç vaxt qazana bilməyəcəyini deyirdilər. Bəs indi nə edirlər? Sadəcə şikayətlənirlər..."

Mütəxəssis komandasının Avropanın nəhənglərinə qarşı sərgilədiyi dominant oyunu nümunə gətirərək fikrini tamamlayıb:

"'Mançester Siti' klubuna qarşı son matç? Rəqibə daha çox qol vura bilərdik. Üstəlik, penaltini də qaçırdıq".

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью