Enrike mənim üçün ən yaxşıdır Barselona nın yarımmüdafiəçisi

03.06.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona"nın yarımmüdafiəçisi Qavi PSJ-nin baş məşqçisi qismində bu mövsüm UEFA Çempionlar Liqasının qalibi olan Luis Enrikedən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sport.es" belə çatdırıb:

"Luis Enrike mənim üçün ən yaxşıdır. O, bir nömrəlidir. Enrikeyə görə şadam, çünki qalib olmağı haqq edir. Həm özü, həm də ailəsi".

Xatırladaq ki, Enrike 2023-cü ilin yayından Paris komandasını çalışdırır. PSJ ÇL-in finalında "İnter"i 5:0 hesabı ilə darmadağın edib. "Barselona" yarımfinalda məhz "İnter"ə uduzaraq (3:3, 3:4 ə.v.) mübarizəni dayandırıb.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью