Enrike oyunçusunu “Qızıl top”a layiq gördü

15.06.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

PSJ-nin baş məşqçisi Luis Enrike oyunçusu Osman Dembelenin “Qızıl top”a layiq olduğunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə AS nəşrinə açıqlamasında bildirib:

“Belə mükafatlar məni maraqlandırmır. Ancaq hesab edirəm ki, “Qızıl top” Dembelenin olmalıdır”.

Dembele başa çatan mövsümdə 49 oyunda 33 qol vurub, 15 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью