Enrike: “Qarabağ”la oynamaq daha yaxşıdır”

31.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PSJ-nin baş məşqçisi Luis Enrike açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasında pley-off mərhələsindəki potensial rəqiblərindən olan Paris təmsilçisinin baş məşqçisi yerli mətbuata açıqlamasında pley-offla bağlı fikirlərini bölüşüb:

“Pley-offa vəsiqə qazanmağın asan olmadığını bilirik. İndi növbəti mərhələdə potensial rəqiblərimiz bilinir. Fransa komandası ilə qarşılaşmaq istəməzdik. Hər bir halda, həm “Monako”, həm də “Qarabağ”la qarşılaşmağa hazırıq. Görəcəyik. Ümid edirəm ki, bu, Fransa komandası olmayacaq. Çünki fransızlara qarşı oynamaqdan bezmişik. Başqa ölkəyə gedib “Qarabağ”la oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik”.

Pley-off mərhələsinin püşkü yanvarın 30-da atılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью