Enrike: Tottenhem bizdən güclüdür

14.08.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

PSJ-nin baş məşqçisi Luis Enrike "Tottenhem"ə qalib gələrək (2:2, penaltilər seriyası - 4:3) UEFA Superkubokunu qazanmaqlarından danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:

"Düşünürəm ki, "Tottenhem" çox yaxşı oyun göstərdi. Onlar bizdən güclüdürlər və daha yaxşı hazırlaşırlar. Vəziyyət çətin idi. Oyunun sonuna qədər mübarizə apara bildik. Nəticənin dalətli olub-olmadığını bilmirəm. Amma bu, futboldur və azarkeşlərimiz üçün sevinirik.

Matç haqda danışmaq çətindir. 5-6 gün məşq etdik. Və nəticədən asılı olmayaraq azarkeşlərimiz həmişə bizi dəstəkləməyə gəliblər. Bu kuboku qazanmaq və onlara təqdim etmək bizim üçün böyük xoşbəxtlikdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью