Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Fransanın PSJ klubu qış transfer pəncərəsində heyətinə yeni oyunçu qatmağı planlaşdırmır.
“Yeni Sabah” xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike klubun transfer siyasəti ilə bağlı mövqeyini açıqlayaraq qısamüddətli keçidlərin komandanın oyun fəlsəfəsi ilə uzlaşmadığını vurğulayıb. İspaniyalı mütəxəssis altı aylıq müddətə futbolçu transfer etməyin onların üslubuna uyğun olmadığını diqqətə çatdırıb.
Beləliklə, PSJ mövsümün ikinci yarısında həm daxili birincilik, həm də avrokubok matçlarında mövcud heyətin imkanlarına güvənəcək. Online alış-veriş