Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Ədən Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına və sərnişin zalına iki ballistik raket və bir neçə dron atıb.
Teleqraf xəbər verir ki, bu barədə Yəmənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilib ki, raketlərdən biri Misirin paytaxtı Qahirədən gələn sərnişin təyyarəsinin enişindən bir neçə dəqiqə əvvəl Ədən hava limanının uçuş-enmə zolağının yaxınlığına düşüb.
“Bu açıq hücum mülki və həyati əhəmiyyət daşıyan, sərnişinlər və əməkdaşlar üçün təhlükəsiz məkan olmalı, qorxu və təhdid səhnəsinə çevrilməməli olan obyektə yönəlib”, - nazirlik qeyd edib.