Entoni Marsial Malaqa ya təklif olunub

09.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Fransalı hücumçu Entoni Marsial İspaniya təmsilçisi "Malaqa"nın transfer gündəminə düşüb.

Fanat.Az məşhur insayder Matteo Morettoya istinadən xəbər verir ki, hazırda azad agent statusu daşıyan 30 yaşlı forvard İspaniya klubuna təklif edilib.

"Malaqa" rəhbərliyi təcrübəli hücumçunu heyətə qatmaq variantını və onun maliyyə şərtlərini diqqətlə dəyərləndirir. "Mançester Yunayted" və "Sevilya" kimi klubların formasını geyinmiş futbolçunun yenidən İspaniyaya qayıtmaq ehtimalı yüksək qiymətləndirilir.

Transferlə bağlı son qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью