Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyanın “Barselona” klubunun cinah hücumçusu Entoni Qordon UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah” üzərində 4:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada dubl edən ingiltərəli futbolçu UEFA-nın rəsmi saytına müsahibəsində komandasının oyunundan razı qaldığını bildirib və Azərbaycana növbəti səfəri barədə danışıb.
“Bu komandada çox şey istədiyim kimi alınır. Bu gün əla oyun keçirdik. İki qol vurdum və buna çox şadam. Amma komanda hər şeydən üstündür. Düşünürəm ki, çox yaxşı oynayırıq. Daha əvvəl də dediyim kimi, belə uzun səfərlər asan olmur. Azərbaycan gözəl ölkədir və yenidən burada olduğuma çox şadam. Ümumilikdə yaxşı oyun nümayiş etdirdik, hər şey əla keçdi”, - deyə Qordon qeyd edib.
Maraqlıdır ki, ingiltərəli futbolçu Çempionlar Liqasında Azərbaycan ərazisində keçirdiyi iki qarşılaşmada altı qol vurub. Bu ilin fevralında “Nyukasl”ın heyətində Ağdamın “Qarabağ” klubunun qapısına dörd qol vuran hücumçu bu dəfə “Barselona”nın formasında “Sabah”la görüşdə dubl edib.
Qeyd edək ki, beş turdan sonra Kataloniya təmsilçisinin aktivində 12, Azərbaycan klubunun hesabında isə üç xal var.