Entoni Qordon “Barselona”ya keçidinin əsas səbəbini açıqlayıb

19.08.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərəli futbolçu Entoni Qordon İspaniyanın “Barselona” futbol klubuna keçidinin əsas səbəblərindən danışıb.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisinin yeni transferi baş məşqçi Hansi Flikin futbol fəlsəfəsinin onun seçimində həlledici rol oynadığını bildirib.

Qordon “Barselona”dakı ilk günlərindən razı qaldığını deyib:

“Barselona” futbolçusu kimi ilk həftəm inanılmaz keçib. Yeni şəhər, yeni ölkə, yeni komanda yoldaşları və məşqçilərdir. Amma çox gözəl təcrübədir. Hamı məni çox yaxşı qarşılayıb”.

İngiltərəli vinger Flikin oyun ideyalarına əvvəldən bələd olduğunu vurğulayıb:

“Məşqçinin ideyalarını əvvəldən bilirdim. Məhz buna görə bura gəlmək istəyirdim. Bu oyun üslubunu bəyənirəm”.

Son qarşılaşmada “Bazel” üzərində qələbədə iştirak edən Qordon sabah “Əl-Əhli”yə qarşı Joan Qamper Kubokunda “Spotify Camp Nou”da debüt etməyə hazırlaşır.

Futbolçu qarşıdakı oyunla bağlı bunları deyib:

“Stadionu görmək, “Barselona” formasını geyinmək və azarkeşlərlə birlikdə olmaq üçün çox həyəcanlıyam. Ümid edirəm ki, qol vuracağam və oyunu qazanacağıq”.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью