Entoni Qordon dünya çempionatında tarixi rekorda imza atıb

02.07.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İngiltərə millisinin hücumçusu Entoni Qordon 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində İngiltərə ilə Konqo Demokratik Respublikası arasında keçirilən matçda (2:1) özünəməxsus rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, 61-ci dəqiqədə əvəzedici heyətdə meydana çıxan Qordon hücumçu Harri Keynə iki məhsuldar ötürmə edərək, dünya çempionatı tarixində əvəzedici heyətdən meydana çıxdıqdan sonra pley-off mərhələsində 2 məhsuldar ötürmə edən ilk oyunçu olub.

Qeyd etmək lazımdır ki, Qordon dünya çempionatından əvvəl klubunu dəyişərək “Nyukasl”dan “Barselona”ya transfer edib.

İngiltərə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Meksika ilə 6 iyulda qarşılaşacaq.

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью