Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona”nın ingiltərəli futbolçusu Entoni Qordon komanda yoldaşlarının meydandan kənar vərdişləri ilə bağlı maraqlı açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, 25 yaşlı cinah hücumçusu La Liqanın təşkil etdiyi sorğuda iştirak edərək müxtəlif sualları cavablandırıb.
Qordon ən çox futbol haqqında danışan komanda yoldaşı kimi Lamin Yamalı göstərib:
“Lamin Yamal sutkanın 24 saatını futbol haqqında danışaraq keçirə bilər”.
İngiltərəli futbolçu məşqlərə hamıdan tez gələn oyunçunun Andreas Kristensen olduğunu bildirib. Onun fikrincə, Frenki de Yonq gələcəkdə yaxşı məşqçi ola bilər:
“O, meydanda çox ağıllı qərarlar verir”.
Qordon klub prezidenti vəzifəsinə ən uyğun futbolçular kimi Erik Qarsiya və Pedrini seçib. O, hər iki oyunçunun ağıllı və idarəçilik baxımından bacarıqlı olduğunu vurğulayıb.
Komandanın ən yaxşı aşpazı ilə bağlı sualı isə zarafatla cavablandırıb. Qordon Voytsex Şensnını seçərək bunu qapıçının komandadakı ən yaşlı futbolçu olması ilə əlaqələndirib.
Futbolçu musiqi zövqü ən zəif olan komanda yoldaşı kimi Rodrinin adını çəkib:
“Rodri heç vaxt musiqi dinləmir. Digərləri qulaqcıq taxıb musiqiyə qulaq asırlar, o isə bütün diqqətini oyunlara yönəldir”.
Qordon evinin açarlarını unutmaq ehtimalı ən yüksək olan futbolçuların isə Qavi və Alexandro Balde olduğunu söyləyib.