Entoni Teylor Türkiyədə hakim təyinatlarında əsas söz sahibi olacaq

07.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Türkiyə Mərkəzi Hakimlər Komitəsi (MHK) Super Liqada hakim təyinatlarının Entoni Teylorun, 1-ci Liqada isə Alan Snoddinin texniki qiymətləndirmələri əsasında həyata keçirildiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə MHK-nın rəsmi sosial media hesabında yayılan açıqlamada bildirilib.

Açıqlamaya görə, Trendyol Super Liqasında hakimlərin təyinat prosesi Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) Elit Hakimlər direktoru Entoni Teylorun, Trendyol 1-ci Liqasında isə hakimlərin təyinat prosesi Talent & Mentor (T&M) Proqramının koordinatoru Alan Snoddinin texniki qiymətləndirmələri əsasında həyata keçirilir.

Qeyd olunub ki, təyinatlar zamanı hakimlərin son dövrdəki performansı, oyunların xüsusiyyətləri və müvafiq texniki meyarlar əsas götürülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью