Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni sədrini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, bu vəzifəyə ingiltərəli sabiq hakim Entoni Teylor təyin olunub.
Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
O, istefa verən Ferhat Gündoğdunu əvəzləyib.
Buna qədər Türkiyədə elit hakimlər üzrə direktor vəzifəsində çalışan Teylor federasiyanın İdarə Heyətinin qərarı ilə yeni posta gətirilib.
MHK-nın üzvlüyünə isə Alan Snoddi, İqor Radoyiçiç və Barış Şimşek təyin ediliblər.
Qeyd edək ki, Entoni Teylor uzun illər İngiltərə Premyer Liqasında və UEFA-nın təşkil etdiyi beynəlxalq turnirlərdə hakimlik edib.
Musialanın yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub Messinin görüşünə böyük maraq: 4700 bilet 13 dəqiqəyə satıldı Mahir Emrelinin klubunda baş məşqçi istefası Günün oyunları bu kanallarda - TV AFİŞA Devid Bekhem FIFA prezidenti ola bilər – İnfantinoya rəqib gəlir