Entoni Teylorun yeni iş ünvanı Türkiyə!

04.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Entoni Teylorun yeni iş ünvanı - Türkiyə!

21-ci əsrin ən tanınmış referilərindən biri Entoni Teylor Türkiyə Futbol Federasiyası (TFF) ilə əməkdaşlığa başlayıb.

QOL.az xəbər verir ki, TFF məlumat yayıb. İngiltərəli sabiq referi Türkiyədə elit hakimlərin direktoru vəzifəsinə təyin olunub.

Onun əsas vəzifələri yüksək kateqoriyalı hakimlərin texniki inkişafını planlaşdırmaq, onların fəaliyyətinin qiymətləndirilməsi sistemini təkmilləşdirmək, tədris proqramları hazırlamaq, oyunların təhlili prosesini inkişaf etdirmək və UEFA ilə FİFA standartlarına uyğun hakimlik strategiyası formalaşdırmaq olacaq.

Teylor 2026-cı il dünya çempionatından sonra hakimlik karyerasını başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью