Entso Fernandes Çelsi dən narazıdır

14.05.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Argentinalı yarımmüdafiəçi Entso Fernandes "Çelsi"ni tərk etmək istəyir.

İdman.biz xəbər verir ki, o, komandada az oynamasından narazıdır.

Artıq Fernandesin "Real"a təklif olunduğu xəbərləri də yayılıb. Madrid klubunun prezidenti Florentino Peresin Entso üçün tələb edilən 80 milyon avronu ödəməyə qarşı olduğu bildirilib. "Çelsi" isə onu bu rəqəmdən aşağı satmaq niyyətində deyil.

Qeyd edək ki, Fernandes bu mövsümdə bütün turnirlərdə 43 oyunda 7 qol və 13 xalla yadda qalıb. Onun London klubu ilə 2032-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью