Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ənvər Həsənovun Buzovna qəbiristanlığında dəfn olunması görünür, ailənin məsləhətidir. Bizim də onların seçiminə hörmət etmək borcumuzdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Xalidə Quliyeva deyib.
Aktrisa mərhumun ailəsinin qərarını dəstəklədiyini vurğulayıb:
"Güman edirəm ki, qızı Ənvər Həsənovun başqa yerdə dəfn olunmasını istəməyib. Ailə qəbiristanlığı yəqin, onlar üçün daha münasibdir. Yoldaşı, ata-anası orada dəfn olunub. Ənvər həyat yoldaşını çox sevirdi, ona bağlı adam olub. Buzovna onun torpağııdr, orada böyüyüb. "Qurd Qapısı" qəbiristanlığı onlara uzaqdır, gəlib-getmək məsələsi var”.
Xalidə Quliyeva Ənvər Həsənovun kino sənətində böyük zəhməti olduğunu diqqətə çatdırıb:
"Mən deyərdim kinostudiyanın tikilən binasının daşlarından biri idi. Nə qədər filmlərə çəkilib. Onun həyatının 90%-i kinostudiyada keçib. Çox sevilən insan olub, həmişə öz yerini bilib. Allah ona rəhmət eləsin”. Qeyd edək ki, xalq artisti Ənvər Həsənov ötən gün uzunsürən xəstəlikdən sonra vəfat edib.
Bahar Rüstəmli