Ənvər Həsənovun dəfn yeri məlum oldu

17.03.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ötən gün vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün dəfn ediləcək.

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Vida mərasimi bu gün saat 12:00-da aktyorun Şüvəlan qəsəbəsindəki evində keçiriləcək.

Xalq artisti saat 14:00-da Buzovna qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью