Ənvər Həsənovun səhhəti yenidən pisləşdi

21.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.

Bu haqda Teleqraf.com-a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

O bildirib ki, səhhəti ağırlaşan Ənvər Həsənov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью