Enzo Fernandes “Real Madrid”ə mümkün transferi barədə danışıb

23.03.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “Real Madrid”ə mümkün transferi ilə bağlı şayiələrə cavab verib.

İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano məlumat yayıb.

“Düzünü desəm, [bu istiqamətdə] heç nə yoxdur. Danışıqlar aparılmır. Mən diqqətimi “Çelsi”yə və mövsümün qalan hissəsinə yönəltmişəm və Dünya çempionatından sonra nə olacağını görəcəyik”, - Fernandes bildirib.

Bu mövsüm argentinalı bütün yarışlarda 46 oyunda meydana çıxıb, 12 qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью