Icma.az, Idman.biz saytına istinadən bildirir.
Argentina millisinin futbolçusu Enzo Fernandes Uruqvaya qarşı keçirilən yoldaşlıq görüşündəki məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi komandasının uduzmağa layiq olmadığını bildirib.
“Biz məğlubiyyətə layiq deyildik. Uruqvay heç gözləmədiyimiz anda iki təsadüfi qol vurdu. Oyunda daha üstün tərəf biz idik”, – deyə Fernandes bildirib.
Qeyd edək ki, Argentina millisi Uruqvaya 1:2 hesabı ilə məğlub olub. Görüşdə Uruqvayın qollarını Leonardo Balerdi (avtoqol) və Maksimiliano Arauxo vurublar. Argentina yığmasının yeganə qoluna isə Xulian Alvares imza atıb.