EPF Ermənistan tərəfindən çayların çirkləndirilməsinə yol verilməməsi ilə bağlı çağırış ed…
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Environmental Protection First" (EPF) ekoloji qeyri-hökumət təşkilatları Koalisiyasının üzvləri Ermənistanda dağ-mədən fəaliyyəti nəticəsində Azərbaycanla sərhəd çaylarına vurulan ekoloji zərəri göstərən interaktiv xəritəyə yenidən diqqət yetirməyə çağırış ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Afrika ölkələrindən olan bir sıra QHT rəhbərləri, ekofəallar və jurnalistlər beynəlxalq təşkilatlara və ətraf mühitin mühafizəsi üzrə konvensiyaların katibliklərinə bu problemin həllində kömək etmək üçün müraciət ediblər.
Bu problemlə bağlı narahatlığını təkcə Azərbaycanın deyil, həm də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ifadə edirlər.
Müraciətlər BMT-nin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) katibliyinə və Cənubi Qafqaz regionunda ətraf mühitin qorunması üzrə "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nə (EITI) ünvanlanıb.
ASRAD (Mali) QHT-dən Kabine Doumbiyanın sözlərinə görə, xəritə Ermənistan ərazisində mədən müəssisələrinin fəaliyyəti nəticəsində yaranan ağır metalların yüksək konsentrasiyası olan tullantıların transsərhəd çaylara axıdıldığını aydın şəkildə göstərir: "Biz beynəlxalq institutları Ermənistanda mədən sənayesinin şəffaflığını qiymətləndirərkən ətraf mühitin qorunması prinsiplərinə uyğun olmayan bu ciddi ekoloji pozuntuları nəzərə almağa çağırırıq.
Bundan əlavə, beynəlxalq ekspertlərə, həmçinin yerli və xarici QHT-lərə mədən obyektlərinə araşdırma aparmaq və mədən təcrübələrini, ekoloji və əməliyyat metodlarını yerində yoxlamaq üçün giriş təmin edilməlidir.
Biz Ətraf Mühitin Mühafizəsi Konvensiyasının katibliklərindən və digər beynəlxalq təşkilatlardan buna yardım etmələrini və bu məsələnin daha ətraflı müzakirəsinə açıq olmalarını xahiş edirik.
Tam oxu
Xəbəri oxu