Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Klinik sınaqların ilk iştirakçıları Bundibugyo Ebola virusuna qarşı peyvənd olunublar.
“Cebheinfo.az” xəbər verir ki, peyvəndlməni “Moderna” şirkəti aparıb.
Şirkətin mətbuat açıqlamasına görə, peyvənd “Moderna”-nın mRNA platforması - COVID-19 peyvəndində istifadə edilən eyni əsas texnologiya istifadə edilərək hazırlanır. I mərhələ sınaqlarına təxminən 80 könüllü qatılacaq.
"”Moderna”-nın peyvənd namizədinin I Mərhələ sınaqlarına bu qədər tez keçməsi bu ölümcül epidemiyanın qarşısının alınmasında irəliyə doğru əhəmiyyətli bir addımdır", - Epidemik Hazırlıq Təşəbbüsü Koalisiyasının (CEPI) baş direktoru Riçard Hatçett bildirib.
Məlumat üçün bildirək ki, CEPI yeni yoluxucu xəstəliklərə və potensial pandemiyalara qarşı peyvəndlərin və biomüdafiə vasitələrinin inkişafını maliyyələşdirən və sürətləndirən qlobal dövlət-özəl tərəfdaşlığıdır.
İyun ayında koalisiya Beynəlxalq QİÇS Peyvəndi Təşəbbüsü, “Moderna” və Oksford Universiteti tərəfindən hazırlananlar da daxil olmaqla, inkişaf mərhələsində olan peyvəndlərə investisiya qoyduğunu elan edib.
Oksford Universiteti tarixdə ən sürətlə yayılan Ebola epidemiyasının qarşısını almaq üçün iyul ayında I mərhələli klinik sınaqlara başladı. Peyvəndləri Hindistan Serum İnstitutu (SII) istehsal edəcək.
"Hər gün çox əhəmiyətlidir. Klinik sınaqlara daxil olan hər bir peyvənd namizədi bizə ehtiyacı olan insanlara mümkün qədər tez təhlükəsiz və effektiv bir peyvənd əldə etmək üçün daha bir şans verir", - deyə Hatçett əlavə edib.
Xatırladaq ki, Konqo Demokratik Respublikası tarixində ikinci ən böyük Ebola epidemiyası ilə üzləşib. Yoluxma hallarının sayı əvvəlki artımlarla müqayisədə daha sürətli artır.
Hökumətin son hesabatına görə, ötən həftəyə qəəd 3802 yoluxma, 1707 ölüm hadisəsi qeydə alınıb. Epidemiyanın nə vaxt pik həddə çatacağı hələ də məlum deyil.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin