“Epişteyn işi”: Bill Klinton canlı yayımda ifadə vermək istəyir

08.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton 26-27 fevral tarixlərində cinsi cinayətkar kimi məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin işi üzrə ifadə verəcəklər.

“Cebheinfo.az” xəbər verir ki, Bill Klinton bunu televiziyada canlı yayımda etmək istədiyini bildirib.

"Respublikaçılar Partiyası tərəfindən təşkil edilən qapalı "məhkəmə"də kukla kimi istifadə edildiyim müddətdə boş oturmayacağam. Əgər cavab istəyirlərsə, bu oyunları dayandıraq və düzgün şəkildə edək. Amerika xalqının bunun əslində nə olduğunu özləri görə biləcəyi ictimai dinləmə keçirək",-deyə o bildirib.

O bildirb ki, xüsusi konqres komitəsinin sədri olan  respublikaçı Ceyms Komer kameraları görmək istədiyini, ancaq yalnız qapalı qapılar arxasında olduğunu söyləyib:

“Bu vəziyyətdən kim faydalanır? Ədalətə layiq olan Epşteynin qurbanları, həqiqəti bilməli olan ictimaiyyət yox. Bu, yalnız partiya maraqlarına xidmət edir. Bu, istintaq deyil, bu, sırf siyasətdir.

Mən Epşteynin işi üzrə sənədlərin tam açıqlanmasını tələb etmişəm. Bildiyim şeylər barədə and içərək ifadə verdim. Məhz bu həftə komitə qarşısında şəxsən çıxış etməyə razılıq verdim. Amma bu, Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki respublikaçılar üçün hələ də kifayət deyil".

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью