“Epişteyn işi”ndə dəhşət: Bir tondan çox “kislota”nı niyə alıb?

09.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Maliyyə Nazirliyi tərəfindən yetkinlik yaşına çatmayanların ticarəti ilə məşğul olmaqda ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı dərc edilmiş sənədlərdə dəhşətli məqamlar üzə çıxıb. 

“Cebheinfo.az” xəbər verir ki, sənədlərdə onun böyük miqdarda kükürd turşusu (“kislota”) sifarişi də yer alır.

Epşteynlə əlaqəli LSJE MMC şirkəti pul köçürməsi tələbində “Gemini Seawater Systems” şirkətindən 330 gallon (təxminən 1250 litr) kükürd turşusu, "pH əvəzedicisi" və tərs osmos qurğusu üçün kabel almasını tələb edir. Sənəd 6 dekabr 2018-ci il tarixinə aiddir.

2018-ci ilin iyun ayında eyni şirkət Epşteyn üçün işləyən “Bryce Gordon”-a tərs osmos dəniz suyunun duzsuzlaşdırılması qurğusunun layihələndirilməsi və sonradan istismara verilməsi üçün biznes təklifi verib. Kükürd turşusu maliyyəçinin adası olan “Great St. James”-də istifadə edilməli idi.

Bundan əlavə, sənədlərdə “Little St. James” adasında da kükürd turşusundan istifadə edən tərs osmos dəniz suyunun duzsuzlaşdırılması qurğusunun təmir hesabatı aşkar edilib. 2014-cü ilin fevral ayına aid olan bu sənəd TSG tərəfindən tərtib edilib.

Bəzi iddialara görə, sifariş verilən “kislota” əslində başqa məqsədlər üçün isitfdə edilə bilərdi. Bura qurbanların izlərinin itirilməsi ehtimalları da daxildir.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Epişteyn “kislota”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью