Epoint Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu

04.02.2026

Marja.az saytına istinadən Icma.az xəbər verir.

Epoint Gürcüstan ərazisində bank kartları ilə ödənişlərin qəbulu (acquiring) xidmətlərini göstərmək üçün Gürcüstan Milli Bankından rəsmi lisenziya alıb. Bununla da Gürcüstan şirkətin beynəlxalq genişlənmə strategiyası çərçivəsində ilk xarici bazarı olub.

Epoint komandası təxminən bir il ərzində məhsulun Gürcüstan bazarının tələblərinə uyğunlaşdırılması, bank inteqrasiyalarının həyata keçirilməsi, eləcə də zəruri hüquqi və tənzimləyici sənədlərin hazırlanması üzərində çalışıb. Hazırlıq mərhələsi uğurla başa çatdıqdan sonra şirkət Gürcüstanda rəsmi fəaliyyətə başlayıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əldə olunan lisenziya Epoint-in həm Azərbaycanda, həm də Gürcüstanda fəaliyyət göstərən tərəfdaşlarına tək bir texniki inteqrasiya vasitəsilə hər iki ölkədə kartla onlayn və yerində ödənişləri qəbul etmək imkanı yaradır. Bu yanaşma regional sahibkarlar üçün əməliyyat proseslərini əhəmiyyətli dərəcədə sadələşdirir və xərcləri azaldır.

Gürcüstan bazarına çıxış Epoint üçün regional inkişafın yeni mərhələsi kimi qiymətləndirilir.

“Gürcüstan bazarına çıxış Epoint üçün beynəlxalq genişlənmə strategiyamızın mühüm mərhələsidir. Məqsədimiz region üzrə bizneslər üçün vahid, çevik və təhlükəsiz ödəniş infrastrukturu qurmaqdır. Bu lisenziya ilə həm Azərbaycanda, həm də Gürcüstanda fəaliyyət göstərən tərəfdaşlarımız tək bir texniki inteqrasiya vasitəsilə kartla onlayn və yerində ödənişləri qəbul edə biləcəklər,” — deyə Epoint şirkətinin baş icraçı direktoru (CEO) Zeynal Kərimzadə bildirib.

Ətraflı məlumat üçün:

epoint.az

+99470 242 99 66

[email protected]

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью