Epoint və United Payment arasında Memorandum imzalandı

15.05.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Global Innovations (Epoint) və United Payment arasında qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq barədə Memorandum imzalanıb. Bu razılaşma çərçivəsində tərəflər müştərilərə innovativ ödəniş həlləri təqdim etmək məqsədilə bir sıra sahələrdə birgə fəaliyyət göstərəcəklər.

Əməkdaşlığın əsas məqsədi rəqəmsal ödəniş infrastrukturunu daha da gücləndirmək, sahibkarlara və istifadəçilərə çevik, təhlükəsiz və çoxkanallı ödəniş xidmətlərini təqdim etməkdir.

Memorandumun əsas istiqamətləri aşağıdakılardır:

1. Nağd vəsaitlərin yığılması xidmətləri

Nağd vəsaitlərin qəbulunu təmin edən terminalların inteqrasiyası və bu xidmətlərin son istifadəçilərə təqdim olunması

Nağd vəsaitlərin toplanması üzrə hesablaşmaların həyata keçirilməsi

2. Ekvayrinq xidmətləri

Bank kartları ilə ödənişlərin qəbul olunması və köçürülməsi üzrə texniki inteqrasiya və xidmətlərin təqdim olunması

Token və biometrik ödənişlərin qəbul edilməsi və köçürülməsi

Mobil POS həllərinin təqdim olunması

Elektron cüzdanlar vasitəsilə ödənişlərin qəbulu və emalı

Kredit və taksit kartları ilə hissəli ödənişlərin qəbulu

Ekvayrinq xidmətləri üzrə hesablaşmaların aparılması

Bu strateji əməkdaşlıq həm Epoint, həm də United Payment üçün texnoloji sinerji yaradaraq, tərəfdaş şəbəkəsini genişləndirmək və son istifadəçilərə daha yüksək səviyyədə xidmət göstərmək məqsədi daşıyır.

“Biz bu əməkdaşlığı ödəniş sənayesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Məqsədimiz — sahibkarlara innovativ ödəniş vasitələri təqdim etmək və bazarda rəqabət üstünlüyü qazandırmaqdır.”

— deyə Global Innovations şirkətinin rəhbəri Zeynal Kərimzadə qeyd edib.

“Bu Memorandumun məqsədi, ölkəmizin maliyyə texnologiyaları sahəsindəki əməkdaşlıqların gücləndirilməsi, innovativ ödəniş alətlərinin daha geniş, dayanıqlı və təhlükəsiz istifadəsini təmin etməkdir” – deyə United Payment şirkətinin rəhbəri Edqar Abdullayev qeyd edib.

? Ətraflı məlumat üçün: ? Ətraflı məlumat üçün:

? epoint.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью