Epşteyn DƏHŞTLƏRİ açılır: Bill və Hillari Klinton ifadə verəcək

03.02.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Epşteyn işi” 3 milyondan artıq sənədin açıqlanması ilə yenidən dünya gündəminə gəlib. 

Sənədlərdə adı keçən şəxslər arasında ABŞ-nin keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton da yer alır. 

Klinton cütlüyü Epşteyn istintaqı çərçivəsində ifadə verəcək. 

"Cebheinfo.az" xəbər verir ki, Bill Klinton və keçmiş Dövlət katibi Hillari Klinton Epşteyn istintaqı çərçivəsində Nümayəndələr Palatasında ifadə verəcəklər. 

Bu qərar Nümayəndələr Palatasında Klinton cütlüyünün cinayət xarakterli “Konqresi hörmətsiz sayma” ittihamı ilə üzləşə biləcəyi səsverməyə günlər qalmış qəbul olunub. Əgər səsvermə baş tutsa və ittihamlar qəbul edilsə, Klintonlar cərimə və məhkumluq halında həbs cəzası riski ilə qarşılaşa bilərdilər. 

Klinton cütlüyü aylar boyunca respublikaçıların çoxluqda olduğu Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verməkdən imtina etmiş, göndərilən çağırış vərəqələrinin “etibarsız və hüquqi baxımdan icraedilməz” olduğunu iddia etmişdi. Klintonlar eyni zamanda Komitə sədri, respublikaçı Ceyms Komeri siyasi motivlərlə hərəkətdə ittiham etmişdi. 

Klintonların sözçüsü Ancel Urena sosial şəbəkə üzərindən yaydığı açıqlamada müvəkkillərinin xoş niyyətlə danışıqlar apardığını bildirib.

“Keçmiş prezident və keçmiş dövlət katibi komitə qarşısında olacaq. Hamı üçün keçərli olacaq bir presedent yaradılmasını gözləyirlər”, – deyə qeyd edib. 

ABŞ Ədliyyə Nazirliyinin ictimaiyyətə açdığı Epşteyn sənədləri çərçivəsində Bill Klintonun komandası ilə Epşteynin məhkum edilmiş ortağı Gisleyn Maksvell arasında aparıldığı ehtimal edilən bəzi yazışmalar da sənədlərə daxil edilib.  Sənədlərdə Klintonun Epşteynin şəxsi təyyarəsi ilə azı 16 dəfə səyahət etdiyinə dair qeydlərin yer aldığı bildirilib. 

Bununla belə, sənədlərdə Klinton ilə Maksvell arasında birbaşa yazışma olduğuna dair hər hansı sübutun olmadığı vurğulanıb. Digər tərəfdən, Nümayəndələr Palatasındakı demokrat üzvlərin bir qismi Epşteyn istintaqında tam şəffaflığın təmin edilməsinin vacib olduğunu bildirərək prosesin davam etdirilməsini dəstəklədiklərini açıqlayıb. 

Qeyd edək ki, Cefri Epşteyn 2019-cu ildə saxlanıldığı həbsxanada ölüb. O, ölümündən öncə insan alveri ittihamları ilə mühakimə olunurdu. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью