Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
"Epşteyn dosyesi" yenidən dünyanın gündəmindədir. Qərb dünyasının və qlobal elitanın əksər liderlərinin iştirak etdiyi dəhşətli cinayətdə getdikcə daha çox adlar ifşa olunur. Dünya ölkələrindən azyaşlı qızları uzaq bir adaya apararaq orada qorxunc şeytani mərasimlər təşkil edən, zorlama və qətllər törədən qlobal elita mənsubları bu işlərin ifşa olunması ilə rəzil vəziyyətə düşdü. Kampaniyanın təşkilatçısı isə həbsxana "intihar" et(diril)di.
Bu günlərdə bu istiqamətdə daha bir fakt üzə çıxdı. Böyük Britaniyanın Vaşinqtondakı keçmiş səfiri Lord Peter Mandelson yetkinlik yaşına çatmayan qızları üzərindən fahişəlik şəbəkəsi idarə etmə faktı əsasında həbs olunmuş və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə əlaqələri ilə bağlı yeni iddialardan sonra Leyboristlər Partiyasından istefa verdi.
Leyboristlər Partiyasının baş katibinə göndərdiyi istefa məktubunda keçmiş Nazirlər Kabineti üzvü və səfir Mandelson Epşteynlə əlaqələri ilə bağlı yenilənmiş iddialar səbəbindən "daha çox xəcalət çəkmək istəmədiyi" üçün partiyadan ayrılmaq qərarına gəldiyini bildirdi.
"Səsləri daha əvvəl eşidilməli olan qadın və qızlardan bir daha üzr istəyirəm"- deyə o mətbuata açıqlamasında bildirib.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən cümə günü açıqlanan yeni sənədlər göstərir ki, Epsteyn 2003 və 2004-cü illərdə Mandelsona 3 ayrı əməliyyatda cəmi 75.000 dollar ödəniş edib. Hər biri 25.000 dollar dəyərində olan bu ödənişlər Epsteynin bank hesablarından göndərilib.
Yeni sənədlərin dərc olunmasından sonra Mandelson onların dəqiqliyindən əmin olmadığını, lakin Epsteyni tanıdığına və 2008-ci ildə məhkum edildikdən sonra münasibətlərini davam etdirdiyinə görə peşman olduğunu bildirdi. Mandelson zərərçəkmişlərdən qeyd-şərtsiz üzr istədi.
9 sentyabr 2025-ci ildə ABŞ-da ortaya çıxan yazışmalarda, 2025-ci ilin fevral ayında Böyük Britaniyanın Vaşinqtondakı səfiri vəzifəsinə başlayan Peter Mandelsonun Epsteyni "ən yaxşı dostum" adlandırdığı məlum olub.
Mandelson Epsteynə göndərdiyi ad günü mesajında yazıb: "Onun gəlməsini saatlarla gözləyərdin. Əksər vaxt onun yanında olmasına öyrəşərdin və birdən yenidən tək qalardın. Bunun əvəzinə, əyləndirməli olduğun maraqlı dostlarınla qalardın".
Baş nazir Keir Starmer Mandelsonun yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölən milyarder Epsteyn ilə yaxın münasibətlərinin üzə çıxmasından sonra 11 sentyabr 2025-ci ildə onu vəzifəsindən azad etməyə məcbur olub.
Göründüyü kimi, dünyaya "azadlıq", "demokratiya", "insan hüquqları" dərsi keçməyə çalışan qərb liderlərinin tarixin ən dəhşətli və ən qorxunc cinayətlərində iştirak etmələri, pedofiliya, zorlama, qətl kimi qorxunc şeytani ayinlərdə fəallıq göstərmələri qlobal elitanın nəyin bazasında qurulduğunu aydın şəkildə ortaya qoyur.