GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransada Milli Maliyyə Prokurorluğu tərəfindən Ərəb Dünyası İnstitutunun binasında axtarışlar aparılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Le Figaro qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, axtarışlar institutun sabiq direktoru Jak Lanq ilə amerikalı maliyyəçi Ceffri Epşteyn arasında mümkün pul yuyulması faktları ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilir.
Bildirilir ki, araşdırma çərçivəsində sabiq direktorun qızı Karolin Lanq barəsində də istintaq tədbirləri həyata keçirilir.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən sənədlərin toplanması və maliyyə əməliyyatlarının yoxlanılması davam edir. Rəsmi qurumlar məsələ ilə bağlı hələlik geniş açıqlama verməyib.
Əliyar Xəlil