“Epşteyn işi”: Dünyanın ən qəddar, manyak “elita”sı

03.02.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Amerikalı maliyyəçi Cefri Epşteyn məsələsi sübut etdi ki, komplo teoriləri heç də komplo deyilmiş, dünyanı manyak, xəstə, özlərini Tanrı sayan bir qrup “elita” idarə edirmiş”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, pandemiyanın ideoloji “atalarından” biri olan, bu mövzuda pullar xərcləyən, dünya əhalisinin çox olduğunu təhdid görən, Bill Qeyts kimi manyaklar dünyanın ağası iddiasına düşüb, Tanrı roluna girib insanlıq adına qlobal qərarlar verməyə çalışırdılar: 

“Xatırladım ki, 2020-ci ildən sonra dəfələrlə “pandemiyanın” axmaqcasına idarə edilməsindən, bunun insan (belələrinə insan da demək olmur) əməli olduğundan Azərbaycanda ən çox danışılan, yazan biz idik. Beyinləri yuyulmuş bir qrup səs-küylü adamlar, “liboşlar”, bizə yönəlik nələr deyirdilər, yazırdılar, adımızı “komploçu” çıxartmışdılar, təhqir belə edirdilər. 

“Pandemiya” 21-ci əsrdə insanlıq əleyhinə işlənmiş ən böyük qlobal cinayət idi. Əminəm ki, bir müddət sonra bu məsələ də bütün çılpaqlığı ilə gün üzünə çıxacaq. 

Dünyanı idarə edən 1 % manyak, 99 % əhalini axmaq yerinə qoyur, plastilin sayır, özlərini fövqəl güc hesab edirlər, bu düzən mütləq dəyişməlidir. Son 30 ildə "psevdo-liberal" və "qlobalist" elita dünyada şərlə xeyrin yerini dəyişməyə çalışırdılar, şər olan hər bir şey təbliğ və təşviq olunurdu, sanki şeytana qulluq edirdilər. Amma, xeyir gec də olsa, şərə mütləq qalib gələcək...”

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью