Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Ədliyyə Nazirliyi qalmaqallı maliyyəçi “Ceffri Epşteynin işi” üzrə sənədlərin bir hissəsini dərc edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilir ki, dərc olunan sənədlərdə sabiq ABŞ prezidenti Bill Klintonun da yer aldığı çoxsaylı fotolar yayımlanıb.
Belə ki, sənədlərdə Klintonun Epşteyn və kimliyi açıqlanmayan qadınlarla səmimi görüntüləri diqqət çəkir.
Fotolarda Klintonun Epşteyn, Gisleyn Maksvell və naməlum bir qadınla birlikdə hovuz kənarında dincəldiyi, həmçinin yarıçılpaq halda cakuzidə görüntüləndiyi kadrlar yer alır.
Sənədlərdə, eyni zamanda şahzadə Endryu, Maykl Cekson, Mik Caqqer və Riçard Brenson kimi dünya miqyasında tanınmış şəxslərin Epşteynlə eyni mühitdə çəkilmiş fotoları da mövcuddur.
Qeyd olunur ki, Epşteynin Manhettendəki mənzilində asılan portretlərin birində sabiq prezident mavi libasda və qırmızı dabanlı ayaqqabılarda təsvir edilib.
Ağ Ev rəsmiləri isə yayımlanan fotolara sərt reaksiya veriblər. Ağ Evin kommunikasiya məsələləri üzrə direktoru Steven Çeunq Klintonu "heç nəyə əhəmiyyət verməyən biri kimi davranmaqda" günahlandırıb.
Bill Klintonun sözçüsü Anxel Urena isə görüntülərin diqqəti yayındırmaq məqsədi daşıdığını bildirib:
“Bu fotolar Bill Klintonla bağlı deyil. Heç vaxt da olmayıb, olmayacaq".
Yayımlanan materiallara təxminən 170 redaktə edilmiş ədəbsiz şəkil və 254 adın gizlədildiyi "masajçı siyahısı" yer alıb.
Hakimiyyət orqanları zərərçəkənləri qorumaq üçün məlumatların senzura edildiyini bildirdilər.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin