Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Epşteyn işi” ilə bağlı yeni sənədlər elan olunub.
Yeniavaz.com “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, bununla da, ABŞ Ədliyyə Nazirliyi Epşteynə aid bütün sənədlərin elan olunduğunu bəyan edib.
Nəşrin məlumatına görə, yeni sənədlər arasında yüksək vəzifəli siyasətçilər, tanınmış biznes liderləri və şou-biznes nümayəndələri ilə əlaqələrə dair milyonlarla sənəd, foto və video yer alır.
Qəzetin yazdığına görə, onlar arasında amerikalı iş adamı və milyarder İlon Maskın da adı çəkilir.
Belə ki, 31 yanvar 2013-cü ildə adı açıqlanmayan bir şəxs tərəfindən Epşteynə göndərilən elektron poçtda bunlar deyilir: “İlon Mask 2 yanvarda sizin adanıza gəlmək barədə soruşdu”.
Halbuki, 2025-ci ilin sentyabr ayında Mask Epşteynin onun adasına səfər etmək dəvətini rədd etdiyini bildirmişdi. İş adamı bunu “Sky News” telekanalının onun məhkum edilmiş maliyyəçi ilə əlaqəsi barədə verdiyi xəbərə şərh verərkən qeyd etmişdi.
Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. O, 2019-cu ilin avqustunda həbsxana kamerasında ölü tapılıb.