Epşteyn işi: KQB nin Qərb liderləri üçün tələsi?.. Tusk

04.02.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İndiyə qədər dərc olunan sənədlərdə Vladimir Putinlə birbaşa bağlı 1000-dən çox, Moskva ilə bağlı isə 9000 sənəd var.

Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

“Mən Rusiyanın siyasi mühitindən danışıram. FTB cənab Epşteynin Vladimir Putinin sərvətinin bir hissəsini idarə etdiyinə dair məlumata malik olduğunu bildirir.

Epşteynin bütün mesajlarını, elektron poçtlarını və sənədlərini arxivləşdirdiyi məlumdur. O, videoları və fotoşəkilləri arxivləşdirib. O, nüfuzlu Qərb liderlərini - prezidentləri, baş nazirləri və dünyanın ən böyük şirkətlərinin liderlərini qeydə və lentə alıb.

Getdikcə daha çox şərhçi və ekspert bunun Rusiya KQB-si tərəfindən hazırlanmış bir əməliyyat, bal tələsi, şirin yem, Qərb dünyasının, əsasən ABŞ-ın elitaları üçün qurulmuş bir tələ olduğunu ehtimal edir”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью