Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Polşada amerikalı maliyyəçi Ceffri Epşteynin hərəkətlərinin Rusiya tərəfindən təşkil olunduğuna dair şübhələr artır”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Biz beynəlxalq tərəfdaşlarımızdan “Epşteyn işi”nin və Rusiyanın potensial iştirakının araşdırılmasında əməkdaşlıq etmələrini istəyə bilərik”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı 3 milyon səhifədən çox material yayımlayıb. Faylda maliyyəçinin cihazlarında tapılan “böyük həcmdə kommersiya pornoqrafiyası” da daxil olmaqla 2000-dən çox video və 180.000 şəkil var.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi.
Əliyar Xəlil
Globalinfo.az