Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya mediası amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yayımlanan yeni sənədləri diqqətdə saxlamaqda davam edir.
"Cebheinfo.az" "BBC"yə istinadən xəbər verir ki, Esseks Polis Departamenti ABŞ Ədliyyə Nazirliyinin Epşteyn sənədlərini dərc etməsindən sonra Stansted aeroportuna daxil olan və oradan yola düşən şəxsi uçuşlarla bağlı məlumatları qiymətləndirir. Bu mərhələ hələ tammiqyaslı istintaq demək deyil.
Nəşrin ötən ilki araşdırmasına əsasən, 1990-cı illərin əvvəllərindən 2018-ci ilədək Ceffri Epşteynlə əlaqəli 87 uçuş Böyük Britaniya hava limanlarına gəlib və ya oradan ayrılıb.
“New Statesman” nəşrinə açıqlama verən Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun, Epsteinin qurbanlarının Böyük Britaniyada və xaricdə insan alverinə məruz qalıb-qalmaması məsələsinin təcili oaraq yenidən araşdırılmasını istəyib.
Stansted aeroportunda bildirilib ki, özəl uçuşlar müstəqil operatorlar tərəfindən idarə olunur və sərnişinlər əsas terminala daxil olmur.
İmmiqrasiya və gömrük yoxlamalarının isə birbaşa sərhəd qoşunları tərəfindən aparıldığı vurğulanıb.Bundan əlavə, "Böyük Britaniyanın FTB-si" adlandırılan yeni Milli Polis Xidməti Epşteyn sənədlərindən sonra iddiaları qiymətləndirmək üçün yeni milli qrupun yaradıldığını açıqlayıb.
Eyni zamanda, Temza Vadisi Polisi Ceffri Epşteyn tərəfindən bir qadını Böyük Britaniyaya göndərməsi ilə bağlı iddiaları araşdırır.
Şahzadə Harri kimi tanınan Henri Mauntbatten-Vindzor isə bütün ittihamları inkar edir. Həmçinin, İngiltərə Metropolitan Polisi keçmiş nazir Peter Mandelson ilə bağlı iddialar üzrə araşdırma başladıb.
O, hər hansı qanunsuzluq etmədiyini bildirib və Epşteynin qurbanlarından üzr istəyib.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin