Epşteyn Nabiullina ilə görüş təşkil etməyə çalışdı

03.02.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı maliyyəçi Ceffri Epşteyn Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə görüş təşkil etməyə cəhd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteyn Şəffaflıq Aktı çərçivəsində dərc olunmuş materiallara istinadən rTV məlumat yayıb.

Nəşrdə deyilir ki, “Elvira Nabiullina G8 ölkəsinin Mərkəzi Bankına rəhbərlik edən ilk qadındır. Gəlin onunla görüşməyə çalışaq”.

Qeyd edək ki, 30 yanvarda ABŞ Ədliyyə Nazirliyi Epşteyn işindən 3 milyondan çox səhifənin açıqlandığını elan etdi. Materiallara onlarla qadının çılpaq fotoşəkili daxildir.

Xatırladaq ki, Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər ən kiçiyinin 14 yaşında olduğunu müəyyən etdilər. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, onu həyata qaytarmaq mümkün olamyıb.

Daha əvvəl Epsteinin sənədlərində Trampın pedofiliya və Mossadla əlaqəsi barədə bir məmurun məktubu tapılmışdı.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью