Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cinsi istismar cinayətlərində mühakimə olunan amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni iddia irəli sürülüb. BBC-nin “Newsnight” proqramına açıqlama verən professor Maykl Friman Epşteynin rəsmi açıqlamalarda göstərildiyi kimi, intihar etmədiyini, əksinə, qətlə yetirildiyini bildirib. O, məhkəmə ekspertizasının sənədlərini və fotoşəkillərini nəzərdən keçirdikdən sonra Epşteynin, çox güman ki, arxadan boğulduğu qənaətinə gəldiyini açıqlayıb. Meyiti görməyən, amma təhlilini mərhumun qardaşı Mark Epşteynin təqdim etdiyi sənədlər və fotolar əsasında aparan Friman tədqiqatının müstəqil olduğunu vurğulayıb.
XQ