GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Pedofiliya, azyaşlılara və gənc qızlara qarşılı zorakılıq əməlləri, insan alveri kimi cinayətlərdə ittiham olunan, 2019-cu ildə saxlanıldığı həbsxanada ölü tapılan amerikalı biznesmen Cefri Epşteyn işi üzrə açıqlanan sənədlərdə Rusiya Prezidenti Vladimir Putinin adının min dəfədən çox çəkilməsi maraq doğurub.
Globalinfo.az xəbər verir ki, iddialara görə, Epşteyn uşaqları cinsi münasibətə məcbur etmək ittihamına əsasən ilk dəfə həbs təhlükəsi ilə üzləşərkən Putinlə görüşməyə can atıb.
Biznesmenin 2010-cu illərin əvvəllərində Rusiya lideri ilə əlaqəyə keçmək üçün çox çalışdığı bildirilir.
Kremlin sözçüsü Dmitri Peskov sözügedən iddialara münasibət bildirib. Onun sözlərinə görə, Putin heç vaxt Epşteyndən görüş təklifi almayıb.
Əliyar Xəlil
Globalinfo.az