Epşteyn qalmaqalı böyüyür

28.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna, yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurduğu ittihamı ilə mühakimə olunduğu vaxt həbsxanada ölü tapılan Ceffri Epşteynin "kəşfiyyat fəaliyyəti yürütdüyünü" bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Luna ABŞ-nin keçmiş prezidenti Bill Klintonun Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvləri tərəfindən Epşteynlə olan əlaqələri barədə sorğulanması zamanı mətbuata məlumat verib.

"Son 24 saat ərzində aparılan sorğulamalarda belə, Ceffri Epşteynin kəşfiyyat məlumatlarının toplanması əməliyyatı apardığı aydın şəkildə ortaya çıxdı" deyən Luna, milyarder iş adamının cinayət fəaliyyətlərinin insan alveri ilə məşğul olan şəxslərlə də əlaqəli bir "tələ əməliyyatı" olduğuna inandığını deyib.

Sözügedən təhqiqatın bütövlükdə bir qədər "partiyapərəst qaralama cəhdləri" ehtiva etdiyini düşündüyünü dilə gətirən qadın konqresmen, Epşteynin fəaliyyətinin kəşfiyyat toplama əməliyyatının "bütün bariz əlamətlərini daşıdığını" ifadə edib.

Luna Epşteyn dosyası ilə bağlı bunları deyib: 

"Məncə, xüsusilə prezidentlər kimi iqtidarda və nüfuz sahibi olan şəxsləri hədəf aldığı üçün xarici hökumətlərin bu mövzudan istifadə edərək bəzilərimizi bir-birimizə qarşı qoymağa çalışdığı bir vəziyyət mövcuddur. Buna görə də qurbanlara ədalət gətirməklə yanaşı, bu məsələyə də daha çox diqqət yetiririk".

Epşteynin xüsusilə iqtisadi siyasət kimi mövzularda bir çox siyasətçini və nüfuzlu şəxsi hədəf aldığına inandığını deyən Luna, keçmiş prezident Klinton və həyat yoldaşı Hillari Klinton daxil olmaqla bir sıra şəxslərin də kəşfiyyat toplama əməliyyatı çərçivəsində hədəf alınmış ola biləcəyini qeyd edib.

Luna həmçinin Klinton cütlüyünün bu mövzu ilə bağlı ifadə qeydlərini ən qısa zamanda yayımlamağa çalışacaqlarını bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью