Epşteyn qalmaqalı böyüyür: Türkiyə də hərəkətə keçdi

03.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ankara Baş Prokurorluğu amerikalı milyarder Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə Türkiyəyə aid hissələr üzrə araşdırmalara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Cümhuriyyət” nəşri məlumat yayıb.

Bildirilir ki, Baş Prokurorluq ABŞ Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş təxminən üç milyon sənədi nəzərdən keçirir. Araşdırmalar Epşteyn işi üzrə sənədlərdə Türkiyə ilə bağlı iddialar, eləcə də gənc türk qızların milyarderin adasına aparılması ilə bağlı ehtimalları əhatə edir.

İstintaqın başlanmasına səbəb müxalifətdə olan İYİ Partiyasının sədr müavini Turhan Çömezin açıqlamaları olub. O, 2025-ci ilin dekabrında sosial şəbəkələrdə paylaşım edərək, Epşteyn işi üzrə sənədlərdə Türkiyədən olan gənc qızların adaya aparıldığına dair məlumatların yer aldığını iddia edib. Məhz həmin açıqlamalardan sonra prokurorluq məsələni rəsmi şəkildə araşdırmağa qərar verib.

Hazırda Türkiyə Prokurorluğu Epşteyn dosyesində ölkə ilə bağlı yer alan bütün məlumatları hüquqi qiymətləndirmədən keçirir. Araşdırmanın nəticələri barədə əlavə məlumatın veriləcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью