Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyalı milyarder Vladislav Doronin və supermodel Naomi Kempbelin adları amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərdə yer alır.
Moderator.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Doronin 2010-cu ildə amerikalı maliyyəçini Qahirədə keçirilən bir məclisə dəvət edib. Bundan əlavə, Epşteyn rusiyalı iş adamının 2008-2013-cü illərdə münasibətdə olduğu Naomi Kempbelin Kann şəhərində keçirilən 40 illik yubiley tədbirinin qonaqlar siyahısında da yer alıb.
Sənədlərdə həmçinin qeyd olunur ki, Epşteyn 2010-cu ilin sonu - 2011-ci ilin əvvəllərində bir neçə dəfə Rusiya vizası almağa cəhd göstərib. Doroninin köməkçiləri ona Londonda fəaliyyət göstərən bir agentliklə əlaqə saxlamağı tövsiyə ediblər, lakin bu, viza prosesini sürətləndirməyib.
Bundan başqa, məlumatlara görə, Naomi Kempbelin xahişi ilə Doronin tərəfindən Moskvada inşa edilmiş yaşayış kompleksində Epşteynə mənzillər də təklif olunub. /oxu.az/