Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Məşhur və qalmaqllı maliyyəçi Ceffri Epşteynin qurbanlarının vəkilləri məhkəməyə müraciət ediblər.
Onlar ABŞ Ədliyyə Nazirliyinin işlə bağlı sənədləri dərc etdiyi hökumət veb saytının silinməsii istəyirlər.
ABC-nin veb saytı hakimlərə ünvanlanan məktuba istinadən xəbər verir ki, Ceffri Epşteynin iddia edilən qurbanlarının vəkilləri ortaya çıxan zərurətlərə istinad edərək Nyu-Yorkdakı iki federal hakimi veb saytını silinməsi üçün əmr verməyə çağırıblar.
Vəkillər qeyd edirlər ki, sənədlərdə dəfələrlə qurbanların redaktə olunmamış adları və şəxsiyyəti müəyyən edən məlumatlar var.
Vəkillər deyiblər ki, işlə bağlı yeni sənədlərin dərc olunmasından bəri son iki gündə təxminən 100 qurbana təsir edən minlərlə redaktə səhvi barədə məlumat veriblər.
Cümə günü Baş prokurorun müavini Todd Blanş Epşteyn işi ilə bağlı materialların dərc olunmasının başa çatdığını elan edib. Mərhum maliyyəçinin cinsi alver cinayətlərinin istintaqı ilə bağlı sənədlər, elektron poçtlar, foto və videolar da daxil olmaqla, yayımlanan məlumatların ümumi həcmi 3,5 milyon faylı keçib.
2019-cu ildə Epstein ABŞ-də yetkinlik yaşına çatmayanların cinsi istismarı və bu cinayəti törətmək üçün sui-qəsd ittihamları ilə ittiham olunub və 40 ildən çox həbs cəzası alıb. 2019-cu ilin iyul ayının sonlarında Epsteinin həbsxana kamerasında "yarıhuşsuz" vəziyyətdə tapıldığı və daha sonra öldüyü bildirilib. İstintaq onun intihar etdiyi qənaətinə gəlib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin