Epşteyn sağdır? Bu görüntü aranı qarışdırdı FOTO

05.02.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial mediada paylaşılan bir foto “Epşteyn işi” ətrafındakı müzakirələri yenidən gündəmə gətirib. Görüntüdə saqqallı və günəş eynəkli bir kişinin iki nəfər müşayiəti ilə şəhərdə gəzdiyi görünür.

Globalinfo.az xəbər verir ki, xarici KİV-lərdə bəzi şərhçilər bu şəxsin Epşteyn ola biləcəyini iddia ediblər.

Xarici media orqanları bildirir ki, foto Epşteynin ölümündən sonra yayıldığı üçün diqqət çəkir. İddialar görüntüdəki şəxsin fiziki xüsusiyyətlərinin Epşteynin son fotoşəkilləri ilə oxşar olmasına əsaslanır. Lakin rəsmi təsdiq və ya hüquqi araşdırma yoxdur.

Qeyd edək ki, Epşteyn 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapıldıqdan sonra bunun intihar olub-olmaması uzun müddət müzakirə edilmişdi. Yeni sənədlər, görüntülər və təhlükəsizlik məsələlərindəki boşluqlar ictimaiyyətdə “Epşteyn həqiqətən öldümü” sualını yenidən gündəmə gətirib.

Ekspertlər bir fotoşəkil əsasında nəticəyə gəlməyin mümkün olmadığını bildirirlər.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью