Epşteyn sənədləri Konqresə gəlir: İmzalar toplanmağa başladı

12.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Konqresinin Respublikaçı üzvü Tomas Massi Ceffri Epşteynlə bağlı sənədlərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutan qanun layihəsinin Nümayəndələr Palatasında səsverməyə çıxarılması üçün tələb olunan imzaların toplandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Massi ABŞ-ın X sosial şəbəkəsindəki paylaşımında “Epşteyn Fayllarının Şəffaflığı Aktı II” adlı qanun layihəsinin səsverməyə çıxarılması üçün kifayət qədər dəstək qazandıqlarını bildirib.
O, qanun layihəsinin tezliklə Nümayəndələr Palatasında səsverməyə çıxarılması üçün Konqresin Demokrat üzvləri ilə birlikdə çalışdığını qeyd edib. Massinin sözlərinə görə, təşəbbüsə Nümayəndələr Palatasının 214 Demokrat və 4 Respublikaçı üzvü dəstək verib.
Bununla belə, 218 imzanın toplanması qanun layihəsinin avtomatik qəbul edilməsi demək deyil. Sənədin qanuna çevrilməsi üçün əvvəlcə Nümayəndələr Palatasından, daha sonra Senatdan keçməsi və sonda ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması tələb olunur.
Aytən Yaşar/Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью